Ceyhun Bayramov qırğız həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov qırğız həmkarı ilə telefonla danışıb
  29 Dekabr 2020    Oxunub:1058
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı baş tutub.
XİN-dən Azvision.az -a bildirlib ki, nazirlər, 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ruslan Kazakbaev tərəfindən beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluq ifadə edilib. Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.

Azvision.az



Teqlər: XİN   Qırğız  





Xəbər lenti