Belçikada uşaqları öldürməyə icazə verildi
Aşağı palata tərəfindən dəstəklənən qanun Belçika kralı tərəfindən imzalanmalıdır. Bu halda Belçika dünyada evtanaziya ilə bağlı yaş həddini aradan qaldıran ilk ölkə olacaq.
Lakin xəstə uşaqların bu qanundan istifadə etməsi üçün bir neçə şərt irəli sürülüb.
Pasient öz qərarını dərk etməli və evtanaziyanın nə demək olduğunu bilməlidir.
Qərar uşağın valideynləri və həkimlər tərəfindən dəstəklənməlidir.
Xəstəlik sağalmaz olmalıdır.
Uşaqlar ağrını azalmaq üçün heç bir vasitə olmadığı halda ağrı hiss etməlidir.
Xatırladaq ki, 2012-ci ildə Belçikada 1432 evtanaziya halı qeydə alınıb. Bu fakt 2011-ci illə müqayisədə 25% çoxdur . Adətən evtanaziyaya yaşı 60-ı keçmiş və xərçəng xəstəliyinin son mərhələsində olan insanlar müraciət edirlər.
Vüqar İsmayılov