Ukraynada 60 müxalifətçi azadlığa buraxılıb
Kiyev rayon məhkəməsi Qruşevski küçəsində iğtişaşlarda iştirak etdiyinə görə həbs olunan daha 20 nəfər barəsində həbs-qəti imkan tədbirinin ləğv olunmasını istəyib. Bu arada Ukrayna müxalifəti 30 noyabr 2013-cü ildə Kiyev meydanındakı aksiyaları dağıtmaq əmri verən Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Vladimir Sivkoviç və Kiyev şəhər administrasiyasının keçmiş rəhbəri Aleksandr Popova qarşı cinayət işinə xitam verilməsinə etiraz ediblər.
“Regionlar” partiyası bu addımla iqtidarın böhranı sülh yolu ilə nizamlamaq üçün atdığı növbəti addım kimi dəyərləndirib. Lakin müxalifət partiyaları Popovun və Sivkoviçin cinayət işlərinin bağlanmasını hakimiyyətin zorakılıqla aksiyaları dağıtmaq niyyətindən xəbər verdiyini söyləyiblər.
Bundan öncə hər iki məmur prezident Yanukoviçin qərarı ilə vəzifələrindən azad olunmuşdular. Popov və Sivkoviç isə Meydandakı aksiyanı dağıtmaq əmrini prezidentin hazırki administrasiya rəhbəri Andrey Kluyevdən aldığını bəyan etmişdilər.
Amnisiya qanunu ilə axtarışda olan 3 müxalifətçidən başqa hamı azad olunub və barələrindəki cinayət işi dayandırlıb.
Vüqar İsmayılov
Teqlər: