Pakistanda növbəti terror aktı
Hadisə nəticəsində 8 polis əməkdaşı həlak olub, 20-dən artıq polis isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hələki heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Terror aktı hakimiyyətin taliblərlə sülh razılaşması əldə etmək üçün görüşlər təşkil etdiyi vaxta təsadüf edib.
Xatırladaq ki, Hind okeanı sahilində yerləşən Kəraçi şəhəri Pakistanın ən böyük şəhəridir.
Vüqar İsmayılov