Ermənistan polisinin Qarabağ döyüşlərindəki itkiləri

 Ermənistan polisinin Qarabağ döyüşlərindəki itkiləri
  26 Dekabr 2020    Oxunub:1046
Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistanın 6200 polis əməkdaşı iştirak edib, onlardan 65 nəfəri ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, döyüşlərdə 200 nəfərdən çox polis əməkdaşı yaralanıb.

Polis qüvvələri əsasən Kəlbəcər, Cəbrayıl, Laçın, Ağdərə, Şuşa istiqamətində döyüşlərdə iştirak ediblər. Ən böyük itkilər Şuşa-Lisaqor yolu yaxınlığında gedən ağır döyüşlərdə verilib.

Bundan əlavə, altı polis əməkdaşı itkin düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: itki  





Xəbər lenti