Gürcüstanda COVID-19-dan daha 39 nəfər ölüb

Gürcüstanda COVID-19-dan daha 39 nəfər ölüb
  26 Dekabr 2020    Oxunub:1003
Gürcüstanda son sutka ərzində daha 1784 nəfər koronavirusa (COVİD-19) yoluxub.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkə üzrə COVID-19-a yoluxma sayı 220 508 nəfərə çatıb.

Bir gündə 39 pasiyent vəfat edib, virusdan ölənlərin ümumi sayı 2352 nəfərdir.

İndiyədək 200 339 pasiyent xəstəliyə qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Gürcüstan  





Xəbər lenti