Ermənistanda koronavirusa yoluxma sayı 157 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 157 mini ötdü
  26 Dekabr 2020    Oxunub:1000
Ermənistanda son sutka ərzində daha 586 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 157 349 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2752-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 671 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  





Xəbər lenti