Şahzadə koronavirusa qarşı peyvənd olundu

Şahzadə koronavirusa qarşı peyvənd olundu
  26 Dekabr 2020    Oxunub:1281
Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud koronavirus peyvəndinin ilk dozasını qəbul edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, vəliəhd vaksini ölkənin Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan milli COVID-19 vaksinasiya planının bir hissəsi olaraq alıb.

15 dekabrda Səudiyyə Ərəbistanı hakimiyyəti COVID-19-a qarşı peyvənd üçün qeydiyyatın başladığını elan edib.

Peyvəndləmə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə yaşı 65-dən yuxarı, artıq çəkili insanlar, immuniteti zəif, iki və ya daha çox xroniki xəstəliyi olan insanlar, həmçinin peşə fəaliyyətlərinin xüsusiyyətlərinə görə koronavirus xəstəliyinə tutulma riski yüksək olanlar peyvənd ediləcək.

İkinci mərhələdə peyvəndlənmə 50 yaşdan yuxarı sakinlər, digər səhiyyə işçiləri, xroniki xəstəlikləri olan və bədən çəkisi artmış insanlar arasında keçiriləcək.

Son mərhələdə hər kəs koronavirusa qarşı vaksin ala biləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  





Xəbər lenti