Fransada koronavirusun yeni ştammı aşkar edildi

Fransada koronavirusun yeni ştammı aşkar edildi
  26 Dekabr 2020    Oxunub:1909
Fransada ilk dəfə Böyük Britaniyada müəyyən edilmiş koronavirusun daha yoluxucu növünün aşkarlandığı təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, koronavirusun yeni ştammının daşıyıcısı 19 dekabrda Londondan qayıdan bir Fransa vətəndaşıdır. Həmin şəxsdə xəstəlik simptomsuzdur və hazırda evdə təcrid olunub.

Bundan əvvəl, Britaniya səlahiyyətliləri ölkədə yeni, daha təhlükəli koronavirus növünün aşkarlandığını bəyan ediblər. Ardınca Fransa daxil olmaqla onlarla ölkə Böyük Britaniya ilə sərhədlərini bağlayıb. Ancaq çərşənbə günü Fransa qadağanı ləğv edib və COVID-19 testi mənfi nəticə göstərənlərin səyahət etməsinə icazə verib.

Xatırladaq ki, koronavirusun "Britaniya növü" ötən həftə bir neçə ölkədə aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti