KİV: Gürcüstanda “Britaniya ştammı” aşkarlandı

  KİV:  Gürcüstanda “Britaniya ştammı” aşkarlandı
  26 Dekabr 2020    Oxunub:1329
Tbilisidəki Riçard Luqar laboratoriyasının apardığı tədqiqatlar zamanı araşdırılan dörd nümunədən birində COVID-19 infeksiyasının yeni ştammının olduğu təsdiqlənib.

Azvision.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” portalı və televiziyası məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini, baş virusoloq Paata Imnadze laboratoriyada bir neçə şübhəli virusun aşkarlandığını inkar etməyib. Lakin bunun yeni koronavirus növü olub-olmadığını söyləməyib.

Qeyd edək ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə məlumat yayıb. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı İngiltərədə aşkarlanan COVID-19-un yeni növünün daha yoluxucu olduğunu təsdiqləyib.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti