Misirdə Yeni il şənlikləri qadağan edildi

Misirdə Yeni il şənlikləri qadağan edildi
  24 Dekabr 2020    Oxunub:1248
Misir hökuməti COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə paytaxt Qahirə və digər şəhərlərdə Yeni il şənliklərini qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Mədbuli bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır. Bu səbəbdən Yeni il ərəfəsində insanların bir yerə toplaşmasının qarşısını almaq məqsədilə şənliklərin keçirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, indiyədək Misirdə 127 min nəfər virusa yoluxub, 7 mindən çox insan dünyasını dəyişib.

Azvision.az


Teqlər: Misir  





Xəbər lenti