ABŞ hərbçiləri Somalini tərk edir

ABŞ hərbçiləri Somalini tərk edir
  23 Dekabr 2020    Oxunub:1189
ABŞ silahlı qüvvələrinin ilk bölmələri Somali sahillərində lövbər salan “Makin Island” desant gəmisinə gətirilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı hərbçilər ABŞ kontingentinin Somali ərazisindən çıxarılması üzrə əməliyyat çərçivəsində ölkəni tərk etməyə başlayıb.

Hərbçilərin daşınması gəmilər vasitəsi ilə gələn dəniz piyadalarının köməyi ilə həyata keçirilir. Birləşmiş Ştatların bu ölkədən təxliyə olunacaq hərbi kontingentinin sayı 700 nəfərə yaxındır.

“Somali Guardian” portalının məlumatına görə, ölkədən çıxarılacaq qüvvələrin əsas hissəsi Cibutidəki 3 min nəfərlik şəxsi heyətə malik “Kemp-Lemonye” hərbi dəniz bazasında yerləşdiriləcək. Bu, ABŞ-ın Afrikadakı ən böyük bazasıdır. Amerikalı hərbçilərin qalan hissəsi isə Keniyaya yollanacaq.

Qeyd edək ki, hazırda Afrika qitəsində Birləşmiş Ştatların 6 min nəfərlik hərbi qüvvəsi dislokasiya olunub.

Azvision.az


Teqlər: ABŞ   Somali  





Xəbər lenti