Koronavirusa yoluxan Makronun səhhəti necədir?

Koronavirusa yoluxan Makronun səhhəti necədir?
  23 Dekabr 2020    Oxunub:1476
Fransanın koronavirusa yoluxan prezidenti Emmanuel Makronun vəziyyəti yaxşılaşır.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Fransa liderinin səhhəti ilə bağlı əlavə məlumatlar verilməyib.

Bundan öncə Yelisey sarayı bir neçə gün ərzində Makronun vəziyyətinin stabil olduğunu bildirmişdi.

Qeyd edək ki, dekbrın 17-də Fransa prezidentinin koronavirus infeksiyasına yoluxduğu məlum olub. O, Versaldakı Lanterne iqamətgahında özünü təcrid edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti