“Bakı və İrəvanla münasibətdə tərəfsiz mövqedəyik” - Giorgi Qaxariya

 “Bakı və İrəvanla münasibətdə tərəfsiz mövqedəyik” -  Giorgi Qaxariya
  23 Dekabr 2020    Oxunub:1400
"Regionda münaqişə ilə əlaqədar mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan neytral mövqe tutdu və bu da mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına imkan verdi".
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya parlamentdə çıxışı zamanı deyib. O, bildirib ki, ölkəsi Azərbaycan və Ermənistanla münasibətdə tərəfsiz mövqedə olacaq və qonşuluq münasibətlərini davam etdirəcək.

“Regiondakı vəziyyət haqqında danışarkən və qiymətləndirərkən çox diqqətli olmaq lazımdır, təəssüf ki, baş verənlərin yekun nəticələri heç kimə aydın deyil. Bu dəyişikliklərin konturlarını görməyimiz və Gürcüstanın bu dəyişikliklərlə əlaqəli mövqe tutması üçün vaxt lazımdır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   GiorgiQaxariya  





Xəbər lenti