"Azəriqaz": Abonentlərin 15 faizi limiti keçib

 "Azəriqaz":  Abonentlərin 15 faizi limiti keçib
  23 Dekabr 2020    Oxunub:1817
2020-ci ilin 11 ayının iqtisadi göstəricilərinə görə dekabr ayının birinə olan məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.
Bu barədə Azvision.az -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu da say etibarı ilə 361 926 abonent deməkdir. Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 % olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Azvision.az


Teqlər:





Xəbər lenti