İrəvanda bu gün də mitinq olacaq

 İrəvanda bu gün də mitinq olacaq
  23 Dekabr 2020    Oxunub:1283
Ermənistanda dünəndən başlayan ümumxalq mitinqi sərt hava şəraiti ilə əlaqədar səngisə də, bu gün Respublika meydanında yenidən aksiya keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, “Vətənin qurtuluşu” adı verilən mitinq saat 16:00-da başlayacaq. Etirazçıların əsas tələbi baş nazir Nikol Paşinyanın istefaya getməsi və yeni hökumətin formalaşmasından ibarətdir.

Ötən gün mitinq təşkilatçıları elan etmişdilər ki, dekabrın 23-də etiraz aksiyası Respublika meydanında davam etdiriləcək. Mitinqin əsas təşkilatçılarından olan aparıcı müxalifət partiyaları xalqı tətillər keçirməyə çağırıblar. Bəzi siyasi fəallar isə çadırlar və xüsusi sobalar quraraq meydanda gecələyiblər.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Mitinq   Respublika-meydanı  





Xəbər lenti