Kaliforniya erməniləri də Nikolun istefasını tələb edir

 Kaliforniya erməniləri də Nikolun istefasını tələb edir
  23 Dekabr 2020    Oxunub:1486
ABŞ-ın Kaliforniya ştatında yaşayan ermənilər etiraz aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, Berbankda təşkil olunan aksiya zamanı Amerika erməniləri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.

Etirazçılar əllərində “Nikol Paşinyansız Ermənistan” yazılmış plakatlar tutaraq, baş naziri hakimiyyətdən getməyə çağırıblar.

Qeyd edək ki, Los-Ancelesdə də oxşar etiraz aksiyası təşkil edilib və ermənilər ölkənin uçuruma doğru getməsindən narahat olduqlarını bildiriblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kaliforniya   Erməni   istefa  





Xəbər lenti