Paşinyanın səlahiyyətlərinin Sarkisyana verilməsi təklif olundu
Partiya sədri MDB dövlət başçılarının son iclasında Ermənistanın baş nazirinin olmadığını, ancaq Azərbaycan Prezidentinin iştirak etdiyini diqqətə çatdırıb.
"Ermənistan rəhbərliyi adından danışıqlarda iştirak etmək üçün prezidentə səlahiyyət verilməsini təklif edirik. Effektiv danışıq aparıcısı olmadığı üçün bir çox məsələlər indi Ermənistanın xeyrinə həll olunmur".
Marukyan qeyd edib ki, dəyişdirilməli olan başqa bir məqam da diasporun ümumerməni problemlərinin həllində iştirakı ilə bağlıdır. Ermənistanda illər ərzində diasporanın ölkənin siyasi həyatındakı rolunu məhdudlaşdırmaq üçün hər şey edilib: "Bunsuz Ermənistanın qarşısında duran çətinliklərin öhdəsindən gəlmək mümkün deyil".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan Çətinlik məğlub Paşinyan