Ermənistan müxalifəti Rusiyadan kömək istədi

 Ermənistan müxalifəti Rusiyadan kömək istədi
  23 Dekabr 2020    Oxunub:1400
"Azərbaycan 2021-ci ildə hərbi büdcəsini 2,7 milyard dollaradək artırmağı planlaşdırır. Bu da 2020-ci ildəki rəqəmləri üstələyir. Ermənistanın büdcəsi isə təhlükəsizlik məsələsini müstəqil həll etmək üçün hələ də yetərli deyil".
Azvision.az xəbər verir ki, bunu müxallif "Maariflənmiş Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, Ermənistan üçün hazırda ən vacib məsələ Sünik bölgəsinin təhlükəsizliyini təmin etməkdir. Çünki Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri erməni yaşayış məntəqələri ilə yaxındır.

"Döyüşlər dayandırıldıqdan sonra Azərbaycan Prezidenti dəfələrlə Qarabağ məsələsi həll olunsa da, silahlanmağa davam edəcəklərini deyib. Ermənistanın büdcəsi isə təhlükəsizlik məsələsini müstəqil həll etmək üçün yetərli deyil. Biz bütün büdcəni müdafiəyə yönəltsək belə nəticə verməyəcək. Buna görə də Rusiya ilə yeni müqavilə imzalamaq və Sünikdə bir baza yaratmaq üçün danışıqlara başlamaq lazımdır. Belə bir təcrübə var, 102-ci baza uzun illərdir ki, təhlükəsizliyi təmin edir. Qarabağdakı sülhməramlılar Gümrüdən daha çox Sünikdən dəstək ala bilərlər".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Məğlub  





Xəbər lenti