Los-Anceles erməniləri Paşinyanın əleyhinə aksiya keçirdi - VİDEO

 Los-Anceles erməniləri Paşinyanın əleyhinə aksiya keçirdi -   VİDEO
  23 Dekabr 2020    Oxunub:1378
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı narazılıq artmaqdadır. Ölkə daxilində davam edən etirazlara dəstək məqsədilə xaricdə də aksiyalar keçirilir.

Azvision.az xəbər verir ki, Amerikada yaşayan ermənilər Ermənistan hökumətinin istefasını tələb edirlər.
Los-Ancelesdə keçirilən mitinq zamanı Nikol Paşinyanın hökuməti yeni qüvvələrə təhvil verməsi tələb olunub. Etirazçılar “Nikol get” və bu kimi şüarlar səsləndiriblər.

Mitinq iştirakçılarından biri deyib: “İki ay əvvəl müharibə haqqında xəbərləri eşidəndə vətənpərvər ermənilər toplaşaraq orduya dəstək məqsədilə tədbirlər keçirirdilər. Təəssüf ki, həmin aksiyalardan 2 ay sonra biz yenidən bura toplaşıb başımızı aşağı salaraq etiraz aksiyası keçiririk. Anladıq ki, bizə xəyanət etdilər. Hamımız əmin idik ki, qələbə çalacağıq. Amma bu gün hər birimiz gördük ki, sən demə, müharibənin ilk günündən bizi satıblar. Topladığımız ianələrin isə əsgərlərimizə deyil, əlavə bonus kimi dövlət adamlarına xərcləndiyini bildik. Təcrübəli və keçmişdə müharibə görmüş generalların zərərsizləşdirildiyini gördük. Könüllülərimiz Şuşada döyüşdüyü zaman hökumət artıq şəhərdən əlini üzdü”.



Qeyd edək ki, bu, son günlər ABŞ-da Ermənistan hökuməti əleyhinə keçirilən ilk aksiya deyil. Qlendal şəhərində yaşayan ermənilər də bir neçə gün öncə baş nazirin əleyhinə etiraz aksiyası təşkil etmişdilər.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti