“Çətinliklərə baxmayaraq, vəziyyət qənaətbəxşdir” - Mikayıl Cabbarov

“Çətinliklərə baxmayaraq, vəziyyət qənaətbəxşdir” -  Mikayıl Cabbarov
  23 Dekabr 2020    Oxunub:1772
İşğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun yaradılması, məşğulluğun təmin edilməsi qarşıya vacib vəzifə kimi qoyulub.

Azvision.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, bu il Azərbaycanın tarixində Qələb ili kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qəlbə qazandı, ərazi bütövlüyümüz bərpa olundu: “Yola saldığımız il ağır olsa da, düşünülmüş siyasət nəticəsində stabillik qorunub saxlanılıb. Çətinliklərə baxmayaraq, iqtisadiyyatda vəziyyət qənaətbəxşdir. Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”.

“Qlobal dəyər zəncirinin qorunub saxlanılması təmin edilib. Neft hasilatının məhdudlaşdırılması ilə bu sektorda azalmalar olub. Qeyri-neft sektorunda azalmalar 2,9 faiz təşkil edib. Əsas vəzifə isə investisiya qoyuluşlarının təmin edilməsiridir. Dövlət sektorunda investisiya qoyuluşları cari ildə 4 faiz azalıb. Özəl sektorda isə 8 faiz artıb”, - deyə nazir bildirib.

Azvision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti