Rusiya yenə Əsədi müdafiə edəcək

Rusiya yenə Əsədi müdafiə edəcək
  12 Fevral 2014    Oxunub:1137
Qərb dövlətləri tərəfindən Suriyadakı humanitar situasiya ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə bu ölkəyə müdaxiləyə hüquqi əsas yaradır. Rusiya sənədin bu şəkildə Təhlükəsizlik Şurasına təqdim olunacağı halda veto hüququndan istifadə edəcək”-deyə Rusiya Xarici İşlər nazirini müavini Gennadi Qattarov bildirib.
“Qətnamə layihəsi hazırda hazırlanır lakin, təəssüf ki, siyasi təsirlərə məruz qalıb.

Sənədin bütün məqsəd və hədəfləri orda göstərilən mümkünsüz tələblərin icrasından imtina etdiyi halda Suriya hakimiyyətinə qarşı silahlı müdaxilələr təşkil etmək üçün baza yaratmaqdır”-deyə Qattarov bəyan edib.

Onun sözlərinə görə, Rusiya bəzi Təhlükəsizlik Şurası ölkələrinin, ilk növbədə isə Çinin dəstəyinə ehtiyac duyur. “Çinlilər bizim yanaşmamızı dəstəkləyirlər və istəyərdik ki, Təhlükəsizlik Şurasının bəzi digər üzvləri də yaranmış vəziyyəti düzgün qiymətləndirəcəklər”.

Qattarovun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasında Suriyada terrorizmlə bağlı qətnamə təklif edəcək. Eyni vaxtda Fransanın BMT-dəki nümayəndəsi Jerar Aro qətnamənin “çox taraz, çox sadə mətn” olduğunu vurğulayıb.

Xatırladaq ki. qətnamə Suriyadakı zorakılığın dayandırılması üçün 15 gün vaxt verir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti