Suriya müxalifəti geri çəkilir

Suriya müxalifəti geri çəkilir
  12 Fevral 2014    Oxunub:1076
“Əl-Qaidə” terror təşkilatının Suriya qolu olan “Əl-Nüsrə Cəbhəsi” Dəməşqin cənub səmtində yerləşən və fələstinlilərin məskunlaşdığı Yarmuk düşərgəsini tərk ediblər.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir neçə aydır ki, mühasirə vəziyyətində olan Yarmukda bu müddət ərzində 87 nəfər aclıqdan dünyasını dəyişib.

Döyüşçülərin çıxarılması Fələstin Azadlıq Cəbhəsinin vasitəçiliyi ilə əldə olunub. İslamçı döyüşçülərin yerinə fələstinlilərdən təşkil olunmuş özünümüdafiə dəstələri gələcək.
Xatırladaq ki, Yarmuk düşərgəsi 2013-cü ilin iyulundan mühasirə vəziyyətindədir. Artıq 4 aydır ki, əraziyə humanitar yardım buraxılmadığına görə, düşərgədə aclıq başlayıb.

Yarmuk fələstinli qaçqınların dünyada ən böyük düşərgəsidir. Suriyada vətəndaş müharibəsi başlamazadan öncə, burada 250 min fələstinli yaşayırdı. FƏTH təşkilatının məlumatına görə, 2013-cü ilin dekabrı üçün Yarmukda 18 min nəfər sakin yaşayır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti