Ukraynada müxalifətin `qənimi` qətlə yetirilib

Ukraynada müxalifətin `qənimi` qətlə yetirilib
  12 Fevral 2014    Oxunub:1087
Poltava vilayət məhkəməsinin hakimi bir neçə müxalifətçinin həbsi barədə qərar qəbul etmişdi.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, 34 yaşlı hakim Aleksandr Lobodenko Kremençuq şəhərinədəki evinin qarşısında öldürülüb.

“İki nəfər silahlı şəxs bir neçə dəfə hakimin çiyninə atəş açıblar. Nəticədə xəstəxanaya çatdırılan Lobodenko oradaca dünyasını dəyişib”.

İstintaq bir neçə işçi versiya üzərində çalışır. Əsas versiya kimi hakimin professional peşə fəaliyyətinə görə qətlə yetirilməsi əsas götürülür. Belə ki, mərhum hakim aksiyalarda iştirak edən bir neçə müxalifət fəalı barəsində həbs cəzası vermişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti