İnvestisiya xərclərinə 2,8 milyard manat ayrılacaq

İnvestisiya xərclərinə 2,8 milyard manat ayrılacaq
  21 Dekabr 2020    Oxunub:1683
Gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2 milyard 835 milyon manat vəsait nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində qeyd olunub.

Bildirilib ki, həmin vəsaitin 2 milyard 225 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin (sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına, əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin, o cümlədən əsas vəsaitlərin, tikililərin, yaşayış və qeyri-yaşayış binalarının və sair alınmasına), 610 milyon manatı beynəlxalq kreditor qurumlarının təqdim etdiyi kreditlər hesabına həyata keçirilən sosial və infrastruktur təyinatlı layihələrdə (“Avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulması və təkmilləşdirilməsi”, “Kənd Təsərrüfatının Rəqabətliyinin Gücləndirilməsi”, “Kənd Yerlərinin Kompleks İnkişafı”, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu”, “Özünüməşğulluq proqramının genişləndirilməsi” layihələri) Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsinə yönəldiləcək.

Azvision.az


Teqlər: Büdcə   Vəsait  





Xəbər lenti