Gələn il Neft Fondunun gəlirləri 8 milyard manat olacaq

Gələn il Neft Fondunun gəlirləri 8 milyard manat olacaq
  21 Dekabr 2020    Oxunub:1825
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 3,2 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci illə müqayisədə 168,4 milyon manat və ya 2,1 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində qeyd olunub.

Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri 12 milyard 220,5 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 189,5 milyon manat və ya 1,5 faiz azdır. Fonddan dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 200 milyon manat nəzərdə tutulur.

Azvision.az


Teqlər: Neft   Fond   Büdcə  





Xəbər lenti