Koronavirusdan ölənlərin sayı 1,7 milyonu ötüb

Koronavirusdan ölənlərin sayı 1,7 milyonu ötüb
  21 Dekabr 2020    Oxunub:1496
Dünyada COVID-19 virusundan ölənlərin sayı 1,7 milyon nəfəri ötüb.
Azvision.az Worldometer saytına istinadən xəbər verir ki, ötən gün dünya üzrə 7979 COVID-19 xəstəsi həyatını itirib. Bununla infeksiya səbəbindən ölənlərin ümumi sayı 1 milyon 701 min 627 nəfərə çatıb.

İndiyədək dünyada koronavirusa 77,2 milyondan çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 54 milyon 170 min nəfər sağalıb, müalicəsi davam edən 21 milyon 380 min xəstədən 106 min 275 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti