Gülüş obyekti olan “hərbçi”ni Paşinyanla nə bağlayır?
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı azərbaycanlıların gülüş obyektinə çevrilməsindən sonra erməni cəmiyyətində də sözügedən şəxsin kameralar qarşısına arzuolunmaz görkəmdə çıxarılması müzakirələrə yol açmışdı. Həmin “naməlum hərbçi” indi də Paşinyanın çıxışı zamanı onun arxasında dəstəkçi rolunda peyda olub.
Ermənilər sosial şəbəkələrdə “Müharibə vaxtı ona yaxşı hərbi geyim alıb verəcəyinizi və pul ayıracağınızı deyirdiniz. Təbii, elə indi də eyni şeyi edirsiniz...” və s. bu tipli tənqidi şərhlər yazırlar.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Paşinyan