Keşiş Paşinyanın əlini havada qoydu - VİDEO

Keşiş Paşinyanın əlini havada qoydu -  VİDEO
  21 Dekabr 2020    Oxunub:3407
Ermənistanda müharibədən sonra məğlubiyyət rəmzinə çevrilmiş baş nazir Nikol Paşinyana qarşı nifrət və narazılıq artmaqdadır.
Azvision.az xəbər verir ki, narazı vətəndaşlar baş naziri istefaya çağırır, ona qarşı aqressiyanı müxtəlif etiraz formaları ilə ifadə edirlər. Belə etirazlardan biri Sisianda baş verib.

Məlumata görə, Sisiandakı kilsəyə gələn Paşinyan gözlənilmədən keşişin sərt təpkisi ilə rastlaşıb. Belə ki, o, din xadiminə əl uzatsa da keşiş Paşinyanın əlini havada qoyub və baş naziri müqəddəs məkanı tərk etməyə çağırıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Etiraz   Rahib   Sisian   Kilsə   Paşinyan  





Xəbər lenti