Azad edilmiş ərazilərə qayıdanlara vergi və digər güzəştlər ediləcək

   Azad edilmiş ərazilərə qayıdanlara vergi və digər güzəştlər ediləcək
  21 Dekabr 2020    Oxunub:1351
İşğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın doğma torpağa qayıdışı ilə bağlı proqram və layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə təminatının yaradılması və müvafiq maliyyələşmə mexanizminin tətbiqi, həmin ərazilərdə iqtisadi fəallığın artırılması üçün stimullaşdırma tədbirlərinin (vergi və digər güzəştlər, dövlət-özəl sektor tərəfdaşlığı və s.) həyata keçirilməsi, həmçinin də şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində qeyd olunub.

Bildirilib ki, bu, 2021-ci ildə büdcə-vergi siyasətinin əsas istiqamətlərdən biridir.

Azvision.az


Teqlər: Vergi   Güzəşt   Büdcə  





Xəbər lenti