Təhsil və səhiyyə xərclərinin məbləği açıqlanıb

Təhsil və səhiyyə xərclərinin məbləği açıqlanıb
  21 Dekabr 2020    Oxunub:2428
2021-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün cəm olaraq 8980,9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.

Məlumata görə, bu rəqəmlər 2020-ci illə müqayisədə 379,1milyon manat və ya 4,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 3189,4milyon manat və ya 55,1 faiz çoxdur.

Bildirilib ki, həmin sahələr üzrə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,5 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,2 faiz-bənd çoxdur.

Növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə 3277,7 milyon manat vəsait ayrılacaq ki, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 1085,5 milyon manat və ya 49,5 faiz çoxdur.

Bundan əlavə, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılacaq. 2021-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək.

Azvision.az


Teqlər: Büdcə   Səhiyyə  





Xəbər lenti