20 ölkə Britaniya ilə əlaqələri kəsdi

 20 ölkə Britaniya ilə əlaqələri kəsdi
  21 Dekabr 2020    Oxunub:1280
20 ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırıb.

Azvision.az xəbər verir ki, bu ölkələrdən 14-ü Avropa İttifaqının üzvüdür. Onlar Böyük Britaniyada təhlükə yaradan yeni virus növünün aşkarlanmasından sonra bu qərarı veriblər.
Xatırladaq ki, yeni növ koronavirusun mutasiyaya uğramış forması dekabrın ortalarında aşkarlanıb. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yeni infeksiya əvvəlkindən surətlə yayılır və Londonda yoluxma daha çoxdur. Virus xəbərindən sonra ilk olaraq Niderland rəhbərliyi yanvarın 1-ə kimi Böyük Britaniyaya uçuşların dayandırıldığını elan edib. Daha sonra Belçika bu ölkə ilə sərhədlərini bağlayıb.

Fransa İngiltərəyə olan bütün daşımaları 48 saatlıq dayandırıb. İsveç ziyarətçilərin ölkəyə girişinə qadağa qoyub, Yunanıstan yeddi günlük karantin tətbiq edib. Həmçinin, İspaniya Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib.

Hazırda İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Londona uçuşları dayandırıb. Avropa İttifaqı ölkələrindən əlavə, Türkiyə, Kanada, Argentina rəhbərliyi də hava nəqliyyatını dayandırmaq barədə qərar qəbul ediblər. Səudiyyə Ərəbistanı isə sərhədlərini bir həftəlik bağlayaraq bütün beynəlxalq reysləri təxirə salıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Virus   Böyük-Britaniya   Nəqliyyat  





Xəbər lenti