Yeni virus İtaliyada da aşkarlandı
“Həmin şəxslərdən birindən alınan qan analizi zamanı koronavirusun yeni növü aşkarlanıb. Xəstə və onun yoldaşı bu yaxınlarda İngiltərədən Romaya qayıdıblar. Hazırda hər iki şəxs təcrid olunublar və müəyyən edilmiş bütün prosedurlara riayət edirlər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Britaniyanın Səhiyyə naziri Met Henkok bazar ertəsi ingilis elm adamlarının ölkənin cənub-şərqində COVID-19-un sürətlə yayılmasına səbəb ola biləcək yeni bir infeksiyanın - yeni virus növünün aşkarladığını açıqlayıb. Onun sözlərinə görə, ilkin analizlər göstərir ki, virusun bu versiyası məlum infeksiyadan daha tez yayılır. Bundan sonra İtaliyanın Səhiyyə naziri Roberto Speranza 6 yanvara kimi Britaniyaya bütün uçuşların dayandırılacağını bəyan edib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Koronavirus İtaliya İngiltərə Yeni-virus