COVID-19-a yoluxanların sayı 77 milyonu ötdü

 COVID-19-a yoluxanların sayı 77 milyonu ötdü
  21 Dekabr 2020    Oxunub:1371
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 77 milyon 172 min 237 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 699 min 644 nəfərdir. İndiyədək 54 milyon 89 min 577 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 795 942 nəfər koronavirusa yoluxub, 10 256 pasiyent dünyasını dəyişib

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti