Ermənistanda ümumrespublika tətili elan olundu

   Ermənistanda ümumrespublika tətili elan olundu
  21 Dekabr 2020    Oxunub:4077
Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən etibarən ölkədə təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan bildirib.
O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb. Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və digər nazirliklərin binasına gedən yollar bağlanacaq.

Azvision.az


Teqlər: Ermənistan   Tətil  





Xəbər lenti