Britaniyada virusa rekord yoluxma qeydə alınıb

Britaniyada virusa rekord yoluxma qeydə alınıb
  21 Dekabr 2020    Oxunub:1124
Böyük Britaniyada son sutka ərzində koronavirusa 35 928 yeni yoluxma faktı qeydə alınıb, 326 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 2 040 147, xəstəlikdən ölənlərin sayı isə 67 401 nəfərə çatıb.

Qeyd edək ki, son günlər Böyük Britaniyada yoluxma sayında ciddi artım müşahidə edilir.

Böyük Britaniyanın Baş naziri Boris Conson Londonun və ölkənin cənub-şərqinin daha yolxucu koronavirus növünün sürətlə yayılması səbəbindən qapanmaya doğru getdiyini açıqlayıb. Uels və Şotlandiya hökuməti də yeni məhdudiyyətlər tətbiq ediblər. Bir neçə ölkə yeni növ virusun yayılmasının qarşısını almaq ümidi ilə Böyük Britaniya ilə sərhədlərini bağlayıb.

Azvision.az


Teqlər: BöyükBritaniya   virus  





Xəbər lenti