Fransa Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırır

Fransa Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırır
  21 Dekabr 2020    Oxunub:1056
Fransa gecə yarısından etibarən Böyük Britaniya ilə nəqliyyat əlaqələrini 48 saatlıq danadırır.
Azvision.az RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa hökuməti bu addımı Böyük Britaniyada koronavirusun yeni ştammının aşkarlanması ilə əlaqələndirib.

Qeyd edək ki, COVİD-19-un VUI-202012/01 adlanan yeni variantının tapılması haqqında Britaniyanın səhiyyə naziri Mett Henkok dekabrın 14-də məlumat vermişdi. Onun sözlərinə görə, yeni ştamm adi koronovirusdan 70% daha sürətlə yayılır.

Təhlükədən qorunmaq üçün Niderland, Belçika, İtaliya artıq Britaniya ilə sərnişin aviareyslərini bağlayıblar.

Azvision.az


Teqlər: Fransa   virus   BöyükBritaniya  





Xəbər lenti