ABŞ-ın baş cərrahı yeni növ koronavirusdan danışdı

ABŞ-ın baş cərrahı yeni növ koronavirusdan danışdı
  21 Dekabr 2020    Oxunub:1421
ABŞ-ın baş cərrahı Cerom Adams Böyük Britaniyada yayılan yeni koronavirus növünün diqqətlə nəzərdən keçirilməsinə çağırıb.
Azvision.az xəbər verir ki, cərrah bu barədə CBS-nin efirində danışıb.

"Viruslar hər zaman mutasiyaya uğrayır. Əgər bu daha yolxucu bir mutasiyadırsa, deməli peyvənd gözləyərkən daha diqqətli olmalıyıq".

Bununla yanaşı ABŞ -ın Səhiyyə nazirinin köməkçisi Brett Ciruar isə bildirib ki, hələki ABŞ-da əlavə məhdudiyyətlər üçün bir səbəb görmür.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusun yeni növü ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər sərtləşdirilib.

Azvision.az



Teqlər: BöyükBritaniya   virus  





Xəbər lenti