İranda koronavirusdan ölənlərin sayı 53 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 53 mini ötüb
  20 Dekabr 2020    Oxunub:935
İranda son sutka ərzində 177 nəfər koronavirus infeksiyasından ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 53 645-ə çatıb.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, İranda ötən 24 saat ərzində 6312 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların ümumi sayı 1158384 nəfərdir. Hazırda 5563 nəfərin vəziyyəti ağırdır. İndiyədək 885 054 pasiyent sağalıb.

Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti