İsraildə COVID-19 əleyhinə kütləvi peyvəndləmə başlayıb

İsraildə COVID-19 əleyhinə kütləvi peyvəndləmə başlayıb
  20 Dekabr 2020    Oxunub:1878
Bu gün səhər saatlarından İsraildə vətəndaşların koronavirus əleyhinə kütləvi peyvəndinə başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Kan" dövlət kanalı məlumat yayıb. Bildirilib ki, ilkin mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatriya mərkəzlərinin işçiləri, habelə ölkə vətəndaşlarına nümunə olmağa çalışan bələdiyyə və səlahiyyətli nümayəndələr peyvənd oluncaqlar.

İsrail Səhiyyə Nazirliyi peyvəndin 10 tibbi xəstəxana və tibbi sığorta fondlarındakı peyvənd mərkəzlərinə çatdırılacağını bildirib.

Qeyd edək ki, İsrail prezidenti Reuven Rivlin də bu gün peyvənd olunacaq.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti