Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq

   Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq
  18 Dekabr 2020    Oxunub:1908
"Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq"
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir", - məlumatda deyilir.

Azvision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti