"Ölkə başçısı üçün ayrıca peyvənd hazırlanmayacaq" - Peskov

 "Ölkə başçısı üçün ayrıca peyvənd hazırlanmayacaq" -  Peskov
  18 Dekabr 2020    Oxunub:1407
Rusiya prezidenti Vladimir Putinin yaşı koronavirus peyvəndi olmağa hələ imkan vermir. Lakin istisna olmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, ölkə başçısı üçün ayrıca peyvənd hazırlanmayacaq.

"Hər hansı bir şəxs, bu, hətta dövlət başçısının özü olsa belə, onun üçün kimsə xüsusi peyvənd hazırlamayacaq .Bu peyvənd müəyyən məlumatlar tələb edir, bu səbəbdən bu qruplar üzərində araşdırma aparılır".

Qeyd edək ki, ötən gün V.Putin hələ peyvənd olunmadığını, lakin qanunvericiliyə uyğun olaraq onun yaşda şəxslər peyvənd olunanda vaksinasiya olunacağını deyib. Putinin hazırda 68 yaşı var.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Peyvənd  





Xəbər lenti