İspandilli qəzet azərbaycanlı köçkünlərdən yazdı
Müharibədən öncə 40 min sakini olan şəhərin tamamilə dağıdılıb viran qoyulduğu vurğulanan məqalədə buna görə Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığı diqqətə çatdırır.
Ağdam sakini fikirlərini davam etdirərək deyir: “Müharibə dəhşətli idi, düşünürdük ki, hamımız burada öləcəyik. Bizim sağ qalmağımız möcüzə oldu, amma ermənilər mənim bütün ailəmi məhv etdilər, xalamın bütün ailəsini girov götürdülər, hazırkı vaxtadək onların aqibətindən bixəbərik”.
Ağdamın daha bir sakini, 58 yaşlı Məhəmməd Məmmədov rayonun əvvəlki vəziyyətindən danışır: “Əvvəllər burada tarlalar, fabriklər, üzümlüklər var idi, şərab istehsal olunurdu”.
Müəllif yazır ki, ermənilər bu şəhəri 1993–cü ilin iyulunda zəbt ediblər, amma heç vaxt burada məskunlaşmayıblar. Qeyd olunur ki, bu ərazilərdə hazırda minalardan təmizlənmə işləri həyata keçirilir. Hər yerdə yanmış tanklar, partlamamış və ermənilər geri çəkilərkən atıb getdikləri hərbi sursatlar var.
Diqqətə çatdırılır ki, Ağdamdan sonra işğal olunub tamamilə yerlə-yeksan edilən digər şəhər Füzuli şəhəridir. Bu şəhərin sakini Əli Həşimoğlu hadisələrin üstündən uzun illər keçsə də, yaddaşından heç nəyin silinmədiyini deyir. Onun balaca nəvəsi bütün Bakı sakinləri kimi “Qarabağ Azərbaycandır” deyə qışqırır.
“Biz ermənilərlə əgər işğalçı fikirlərindən əl çəkərlərsə birgə yaşaya bilərik, əks halda, bu, mümkün deyil”, - deyə Əli Həşimoğlu bildirir.
Azvision.az
Teqlər: Kaliforniya Müharibə