İtkin düşən ermənilərin yaxınları yolu bağladılar- VİDEO

 İtkin düşən ermənilərin yaxınları yolu bağladılar-   VİDEO
  18 Dekabr 2020    Oxunub:1659
Ermənistanda itkin düşən hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, Şirakdan olan ermənilər Erdjan-Gümrü yolunu bağlayıblar.

Etirazçılardan biri deyib ki, biz öz övladlarımızı, əsir olan əsgərləri geri tələb edirik.



Digər əsgər valideyni isə bunları qeyd edib: “Üç aydır ki, öz övladımdan heç bir xəbər ala bilmirəm. Rəhbər şəxslər övladımı mənə qaytarsınlar. Bütün valideynlər birləşiblər, artıq hamı dərdinə görə bir-birinə bənzəyir. Rəhbər şəxslər isə hardasa öz keflərindədirlər, yeyib-içib bizim uşaqlar haqqında heç düşünmürlər”.

Xatırladaq ki, dekabrın 16-da da Şirak sakinləri eyni səbəblə yolu bağlamışdılar. Onlar qubernatorla görüşdükdən sonra etirazı dayandırmışdılar.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtkin   Ermənistan   Etiraz  





Xəbər lenti