Rusiyada COVID-19-dan ölənlərin sayı 50 minə çatır

 Rusiyada COVID-19-dan ölənlərin sayı 50 minə çatır
  18 Dekabr 2020    Oxunub:1031
Rusiyada son sutka ərzində koronavirusa 28 552 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 791 220 nəfərə çatıb.

Rusiyada son sutkada 611 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 49 762 nəfərdir. İndiyədək 2 228 633 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti