Rusiya FTX rəhbəri İrəvana gedib

Rusiya FTX rəhbəri İrəvana gedib
  18 Dekabr 2020    Oxunub:1137
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov İrəvana gəlib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin(MTX) mətbuat katibi Artur Gevorqyan deyib ki, MTX-nin direktoru Armen Abazyan Bortnikovla qapalı görüş keçirib.

Xatırladaq ki, MTX direktoru Armen Abazyan dekabrın əvvəllərində Moskvaya getmişdi.

Qeyd edək ki, bəzi erməni KİV-ləri son günlər təhlükəsizlik xidməti rəhbərlərinin intensiv şəkildə səfərlər təşkil etməsini ölkədə çevriliş riskinin xeyli artması ilə əlaqələndirirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: FTX   İrəvan  





Xəbər lenti