Hulusi Akar: “Qarabağda atəşkəsə riayət edilir"

  Hulusi Akar:  “Qarabağda atəşkəsə riayət edilir"
  18 Dekabr 2020    Oxunub:1023
Qarabağ müharibəsindən sonra Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılacaq ortaq mərkəz Ağdamda olacaq.

Azvision.az Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mərkəzin inşaat işləri davam edir.

"Ortaq mərkəzdə Türkiyə generalı və hərbiçiləri olacaq. Ora partlayıcı mütəxəssislərini də göndərdik. Həm təlim keçirlər,  həm də ərazilərin minalardan təmizlənməsində iştirak edəcəklər. İki xüsusi mina axtaran qrup var".

H.Akar bildirib ki, Qarabağda atəşkəsə riayət edilir. "Ruslar buna xüsusi diqqət edirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Qarabağ  





Xəbər lenti