Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər paralel aparılır

 Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər paralel aparılır
  18 Dekabr 2020    Oxunub:1130
Qarabağda türk əsgərinin olması Azərbaycan-Türkiyə arasında olan bir məsələdir.

Azvision.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağın bir hissəsində ermənilər var və ruslar sülhü qorumaq çərçivəsində oradadırlar.

“Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik”.

H.Akar bildirib ki, Naxçıvan və Laçın koridoru məsələsini Azərbaycan-Rusiya-Ermənistan müzakirə edir və yaxın zamanlarda bu koridorlar açılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Qarabağ  





Xəbər lenti