Atasını öldürdüyünə görə həbsdə olan şəxs anasını bıçaqladı

Atasını öldürdüyünə görə həbsdə olan şəxs anasını bıçaqladı
  18 Dekabr 2020    Oxunub:713
Atasını qətlə yetirdiyinə görə 10 il həbs həyatı yaşayan Xantı-Mansi muxtar dairəsinin sakini anasını bıçaqlamaqda şübhəli bilinir.
Azvision.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb. Qeyd olunub ki, 16 dekabr tarixində keçmiş məhkum anası ilə mübahisə edib. Sonda oğlan 74 yaşlı anasının ürəyinə bıçaqla zərbə endirib. Yaşlı qadın aldığı xəsarətdən hadisə yerinə keçinib.

İstintaqa görə, 47 yaşlı şübhəli şəxs münaqişə baş verın zamanı sərxoş olub, hadisədən dörd saat sonra, qalan içkini qəbul etdikdən sonra polisə zəng edərək anasını qətlə yetirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb.


Azvision.az



Teqlər: Rusiya   Qətl  





Xəbər lenti