Xəzərdə anomal qalınlıqda buz tapılıb

   Xəzərdə anomal qalınlıqda buz tapılıb
  18 Dekabr 2020    Oxunub:1225
Bu il Azov dənizi daha tez donmağa başlayıb, Xəzər dənizinin şimalında isə buzun qalınlığı həmişəkindən 30 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bunu Hidrometeoroloji Mərkəzin elmi direktoru Roman Vilfand “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Avropa hissəsinin cənubunda əhəmiyyətli şaxtalar qeydə alınıb:

“Buzlaşma Taqanroq körfəzi və Azov dənizindən başlayıb. Xəzər dənizinin şimalı da donmağa başlayıb. Və təxminlərə görə dənizin buz örtüyü həmişəkindən 30% yüksəkdir. Söhbət buzun qalınlığı və sahəsindən gedir”.

Azvision.az


Teqlər: Xəzər-Dənizi   Buzlaşma  





Xəbər lenti